Müsabiqələrə qoşul!​

İmtahan formu

RFO Informatika

RFM Riyaziyyat 6-cı sinif

Cavablarınızı diqqətlə seçin və imtahan zamanı əlavə resurslardan istifadə etməyin.

1 / 25

52 ədədini 3 sadə ədədin cəmi şəklində yazmaq istəsək neçə fərqli şəkildə yazmaq olar?

A)1 B)2 C)3 D)4

2 / 25

1-dən 999-a qədər tək natural ədədlərin hasilinin təkliyi neçədir?

A)1 B) 3 C) 5 D) 7

3 / 25

Məktəbin yeməkxanasıdakı masalarda şəkil 1-dəki kimi 4 nəfər yemək yeyə bilir. Bu masalardan 4 dənəsi bir sırda şəkil 2-dəki kimi birləşdirildikdə 10 nəfər yemək yeyə bilər. Üç sırda, birləşdirilən
masalarda 240 nəfər yemək yeyə bilərsə(hər sırada eyni sayda masa var) . Bunun üçün neçə masaya ehtiyac var?

A)108 B) 117 C) 60 D) 120

4 / 25

Hesablayın: 7+(43 : 24) ⋅ 3 - 11

A)10 B) 9 C) 8 D) 7

5 / 25

Aşağıdakə şəkildə 5-ci addımdakı üçbucaq sayı kvadratların sayından nə qədər çoxdur?

A)7 B) 5 C) 4 D) 3)

6 / 25

Natural ədədin:
• Milyonluqlar sinfində 37,
• Minliklər sinfində 405,
• Təkliklər sinfində 102
Bu ədəd hansıdır?

A)37102405 B) 10237405 C) 37405102 D) 40537102

7 / 25

Aşağıdakılardan hansı ən böyükdür?

A)2+0+1+8 B) 2x0x1x8 C) (2+0)x(1+8) D) (2x0)+(1x8)

8 / 25

Aşağıdakı xanalara 1, 2, 3, 4, 5, 7 və 8 rəqəmləri yazılaraq toplanır. Rənglənmiş xanaya hansı rəqəm yazıla bilər?

A)1 B) 2 C) 4 D) 5

9 / 25

6 nəfərlik yarışda ilk 3 yerin sahibi neçə yolla seçilə bilər?

A)180 B) 120 C) 210 D) 240

10 / 25

Aşağıdakı qutularda ardıcıl hər hansı 4 qutunun içindəki ədədlərin cəmi 48 olduğuna görə sual işarasənin yerinə hansı ədəd yazılmalıdır?

11 / 25

Aşağıdakı şəkildə kvadratın daxilinə yazılan ədədlər “0” başlanğıc nöqtəsindən ox istiqamətində bir vahid artır. A,B,C və D xanalarına yazılan ədədlərin hansı ən böyükdür?

12 / 25

Qatarın 216 m uzunluğundakı tuneli keçməsi 40 saniyə, qatardakı maşinistin tuneli keçməsi isə 15 saniyə vaxt alır. Buna görə qatarın uzunluğu neçə metrdir?

A)320 m B) 340 m C) 360 m D) 400 m

13 / 25

Ananın 35 yaşı, uşaqların yaşları cəmi isə 13-dür. 11 il sonra ananın yaşı uşaqların yaşları cəminə bərabər olacaq. Ananın neçə uşağı var?

A) 1 B) 2 C) 3 D) 4

14 / 25

8 toxucu gündə 10 saat işləyərərk 48 m2 xalçanı 6 gündə toxuyur. 5 toxucu 30 m2 xalçanı neçə saatda toxuyar?

A) 12 B) 60 C) 30 D) 45

15 / 25

a:b:c=2:3:4 olduqda, (a+b)/(c-a) nisbəti neçədir:

A) 2 B) 2,5 C) 3 D) 4

16 / 25

Eyni ölçülü döşəmə daşları şəkildəki kimi birləşdirilərək kvadrat şəkilli yer döşənməlidir. Bunun üçün ən az neçə daşa ehtiyac var?

A) 588 B) 600 C) 612 D) 624

17 / 25

12-yə böldükdə qalıqda 7 alınan üç rəqəmli natural ədədlər artan sıra ilə yazılır. Bu sıradakı 47ci ədədin rəqəmləri cəmi neçədir?

A) 18 B) 17 C) 16 D) 15

18 / 25

Aşağıdakı hədəf taxtasında hər bir bölgənin qazandırdığı xallar verilib. 10 atşın hamısını hədəfə vuran Elgün aşağıdakı xallardan hasını qazana
bilər?.Hər bir hissəyə ən az bir dəfə vurduğu məlumdur.

A) 6 B) 0 C) 3 D) 23/5

19 / 25

Ömər modulu 4, 3, 2, 1 və 0-a bərabər olan tam ədədlərin hər birini kartlara yazaraq bir qutuya qoyur. Adil isə gözü bağlı qutudan kartları çıxarır. Adil ən az neçə kart çıxarmalıdır ki, mənfi ədəd yazılan bir kartın çıxmasına əmin olsun.

A) 4 B) 5 C) 3 D) 6

20 / 25

Aşağıdakılardan hansı yanlışdır?

A) Ədəd oxu üzərində -2 dən 3 vahid uzaqlıqda
yerləşən ədədlər -5 və 1-dir.
B) Sıfırdan fərqli bütün tam ədədlərin modulu
müsbətdir.
C) -6, -4, -3,4 ədədlərinin modulu 7-dən kiçikdir.
D) Ədəd oxu üzərində -10 və 17 arasında 27 tam
ədəd var.

21 / 25

Vasif bacısından 1 yaş böyük və qardaşından 1 yaş kiçikdir. Üçünün yaşlarının hasili 504 isə onların yaşlarının cəmi neçədir?

A) 17 B) 16 C) 21 D) 24

22 / 25

Məktəbdəki şagirdləri beş-beş, altı-altı və ya oniki-oniki qruplara ayırdıqda hər zaman 3 nəfər kənarda qalır. Məktəbdəki şagirdlərin sayı bu şərti ödəyən ən kiçik polindron ədəddir.(Qeyd: Polindron ədəd hər iki istiqamətdə oxunuşu eyni olan ədədlərdir,məs: 242). Bu ədədin rəqəmləri cəmi neçədir?

A) 4 B) 5 C) 6 D) 7

23 / 25

16 ∙ 100101 ədədi neçə rəqəmlidir?
A) 103 B) 200 C) 202 D) 204

24 / 25

1-dən 30-a qədər natural ədədlərdən bir-birindən fərqli 5 ədəd seçilir. Bu ədədlərin cəmi 30 olduğuna görə bu ədədlərin ən böyüyü ən çox neçə olabilər?

25 / 25

17 metr dərinliyə düşən qurbağa gündüzlər 3 metr yuxarı çıxır, gecələr 1 metr aşağı sürüşür. Qurbağa neçə gündən sonra quyudan çıxar?

İmtahan nəticəsi:

0%

[my_custom_form id="1"]
/3

Mathematic Quiz

Math quiz helps us to increase our knowledge

1 / 3

Uyğunluğu müəyyən edin:

1. Arid-denidasion a. Şahdağ zirvəsi
2. Morenlər b. Qanıx-Əyriçay
3. Gətirmə konusu c. Kür-Araz ovalığı
4. Meandr e. Acınohur düzənliyi

2 / 3

Turistlər 900-lik azimutla 6 km, sonra 00-lik azimutla yoluna davam edib, daha sonra 2700-lik azimutla 12 km yol getdilər. Turistlər geriyə ən qısa hansı azimutla qayıdar ?

3 / 3

Eyni ərazinin 1:400 000 miqyaslı xəritədə tutduğu sahə 1:8 00 000 miqyaslı xəritədə tutduğu sahədən  neçə dəfə böyük olar?

İmtahan nəticəsi:

0%

This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.