Azərbaycan dili və ədəbiyyatı
Bu fənn Azərbaycan dilinin qrammatikasını, üslubunu və ədəbiyyatını öyrənməyə yönəlib. RFO-da iştirak üçün şagirdlər dilin funksional üslublarını, ədəbi janrları və ədəbi-tənqidi yanaşma metodlarını bilməlidirlər. Yazılı nitq bacarığı, mətn analizi və şifahi çıxış hazırlığı bu fənndə xüsusi əhəmiyyət daşıyır. Bu sahədə uğurlu şagirdlər filologiya, jurnalistika və tərcüməçilik kimi sahələrdə irəliləyə bilərlər.
RFO Azərbaycan dili və Ədəbiyyat İmtahanı – 2025
Bu imtahan, bilik və bacarıqlarınızı qiymətləndirmək məqsədilə hazırlanmışdır.
Suallar seçilmiş mövzu üzrə əsas anlayışlar, məntiqi düşüncə, tətbiqi biliklər və praktiki bacarıqları yoxlamağa yönəlib.
İmtahan verilmiş müddətdə davam edir və çoxseçimli suallardan ibarətdir.
İmtahan formu
Informatika
Azərbaycan xalqının etnik əsasını təşkil edən türklər indiki Azərbaycan ərazisində eramızdan əvvəl görünməyə başlamış, birinci minilliyin əvvəlindən isə başqa mənşədən olan çoxsaylı tayfalarla birlikdə bu torpağın qədim sakinləri olmuşlar. Türk mənşəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur. Əhalinin etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni, mənəvi və dini birliyi olan bir xalq halında birləşmişlər.









