RFO Biologiya
Biologiya — həyat elmi kimi tanınır və canlı orqanizmlərin quruluşunu, funksiyalarını, inkişafını, mənşəyini, təkamülünü və qarşılıqlı təsirini öyrənir. Bu fənn canlıların ən kiçik strukturu olan hüceyrədən başlayaraq, bütöv ekosistemlərə qədər geniş sahəni əhatə edir.
Respublika Fənn Olimpiadalarında biologiya fənni üzrə iştirak etmək, şagirdin yalnız əzbər biliklərini deyil, həm də analitik düşüncə, səbəb-nəticə əlaqələri qurmaq və elmi əsaslandırma bacarıqlarını nümayiş etdirməsini tələb edir. Burada şagirdlər təkcə faktları bilmək deyil, həm də bu bilikləri tətbiq etmək bacarığını göstərməlidir.
Aşağıdakı linkə keçid edin
RFO Biologiya İmtahanı – 2025
Bu imtahan, bilik və bacarıqlarınızı qiymətləndirmək məqsədilə hazırlanmışdır.
Suallar seçilmiş mövzu üzrə əsas anlayışlar, məntiqi düşüncə, tətbiqi biliklər və praktiki bacarıqları yoxlamağa yönəlib.
İmtahan verilmiş müddətdə davam edir və çoxseçimli suallardan ibarətdir.
İmtahan formu
Informatika
Azərbaycan xalqının etnik əsasını təşkil edən türklər indiki Azərbaycan ərazisində eramızdan əvvəl görünməyə başlamış, birinci minilliyin əvvəlindən isə başqa mənşədən olan çoxsaylı tayfalarla birlikdə bu torpağın qədim sakinləri olmuşlar. Türk mənşəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur. Əhalinin etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni, mənəvi və dini birliyi olan bir xalq halında birləşmişlər.









